Şimali Koreya lideri Kim Çen In Şimali Koreyada intiharı qadağan edən sərəncama imza atıb.
Ednews xəbər verir ki, bu barədə Mirror nəşri yazıb.
Kim intiharları “sosializmə xəyanət” adlandırıb və yerli hökumətlərə qabaqlayıcı tədbirlər görməyə göstəriş verib.
KXDR-dəki mənbələrin məlumatına görə, Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.
"Şimali Koreyada insanların çətin həyat şəraiti səbəbindən çoxlu narazılıqlar var", - deyə mənbə qeyd edib.
Qadağa ilə göstəriş verilsə də, yerlərdə məsul şəxslər hələ də mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyiblər.
“İntiharların çoxu həddindən artıq yoxsulluq və aclıq üzündən baş verib, ona görə də indi heç kim buna qarşı tədbir görə bilmir”, - deyə mənbə bildirib.