MDB Sərhəd xidmətlərinin növbəti iclası Ermənistanda KEÇİRİLƏCƏK

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək. 
 
Ednews  xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib. 
 
Onun sözlərinə görə, növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək:
 
"Bu tədbirə hazırlıq artıq başlayıb”.
 
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO