“Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə müvafiq qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlanacaq”.
Ednews xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarus Prezdenti Aleksandr Lukaşenko ilə bu gün keçirilən görüşdə deyib.
“İyulun 7-8-də müvafiq obyektlərin hazırlığı tamamlanır və biz dərhal Belarusda müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq”, - Putin bildirib.