Hindistanın şimalında həddindən artıq istilər səbəbindən 98 nəfər ölüb.
Ednews ntv-yə istinadən xəbər verir ki, bütün ölüm halları son üç gündə Uttar Pradeş və Bihar ştatlarında baş verib.
Rayon səhiyyə işçisi Jayant Kumar xəstələrin əksəriyyətinin 60 yaşdan yuxarı olduğunu söyləyib.
Uttar-Pradeş əyalət hökumətindən verilən açıqlamada ölənlərlə bağlı araşdırmaya başlanıldığı qeyd edilib.
Hər iki ştatda temperaturun 45 dərəcəyə çatdığı bildirilir.
Bihar əyalətinin paytaxtı Patnada bütün məktəblərin iyunun 24-dək bağlandığı açıqlanıb.
Oğuz