Braziliyanın Tunisdəki səfirliyinin qarşısında təhlükəsizlik əməkdaşı bıçaqlanıb.
Ednews Əl Cəzirəyə istinadən xəbər verir ki, cinayətkar hadisə yerindən qaçmaq istəyərkən polis tərəfindən açılan atəş nəticəsində yaralanıb. Xəstəxanaya təxliyə edilən şəxs daha sonra polis bölməsinə aparılıb.
Cinayətin təfərrüatları araşdırılır. Səfirliyin ətrafı hüquq-mühfizə orqanları tərəfindən mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Tunisdə son bir neçə ildə təhlükəsizlik və polis əməkdaşları dəfələrlə hücuma məruz qalıb.
Törə Zeynal