Ukraynanın birinci xanımı Olena Zelenskaya İsrailə səfər edib.
Ednews xəbər verir ki, səfər zamanı Zelenskaya öncə İsrail prezidenti İsaak Hersoq daha sonra isə onun xanımı Mişal Hersoqla görüşüb.
O, bildirib ki, birinci xanım ilə bir çox sağlamlıq layihələrində əməkdaşlıq edir.
Zelenskaya səfərlə bağlı Telegram hesabında bunları qeyd edib:
"Səmimi qəbula və əməkdaşlığımızı gücləndirmək imkanına görə Mişal Hersoqa minnətdaram".
Qeyd edək ki, hazırda onlarla ukraynalı İsraildə fiziki və psixoloji reabilitasiya keçir. İsrailli mütəxəssislərin əsas məqsədi Ukraynadan olan müharibə qurbanlarının lazımi yardım ala bilsinlər.