Amerika Geofizika İttifaqının tədqiqatçıları qrunt sularının həddindən artıq istifadəsi nəticəsində Yerin fırlanma oxunun 20 il ərzində 80 sm şərqə doğru dəyişdiyini müəyyən ediblər.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, qrunt sularının təsiri olmadan belə bir dəyişikliyin mümkün olmayacağını qeyd edən tədqiqatçılar bunun üçün Yerin altından ən azı 2 trilyon ton suyun çəkildiyini təxmin ediblər.
Yeraltı sulardan içmək və kənd təsərrüfatının suvarılması kimi məqsədlər üçün istifadə olunur.
Mütəxəssislər sudan istifadənin Yer kürəsinin hərəkətinə təsirini belə izah edir: Planetdə suyun paylanması çəkinin necə paylanmasına təsir edir. Su hərəkət etdikcə Yer bir az fərqli fırlanır.
Tədqiqat 1993-2010-cu illər arasında aparılan ölçmələrə əsaslanıb. Tədqiqata rəhbərlik edən Seul Milli Universitetinin geofiziki Ki-Veon Seo bildirib ki, bu, yeraltı suların çəkilməsinin spin qütbünün yerdəyişməsinə təsir göstərdiyini sübut edir.
Cənubi Koreyalı alim əlavə edib ki, Yerin fırlanma qütbü, əslində, çox dəyişkəndir. İlk dəfə 2016-cı ildə suyun Yerin fırlanmasını dəyişdirə biləcəyi aşkar edilib, lakin qrunt sularının buna təsiri indiyədək müşahidə olunmayıb.
Digər tərəfdən, Yer oxundakı yerdəyişmənin fəsillərə təsir edib-etməyəcəyi ilə bağlı açıqlama verən NASA fırlanma oxunun ildə bir neçə metr dəyişdiyini, qrunt sularından qaynaqlanan dəyişikliyin isə fəsillərin dəyişməsinə səbəb olmayacağını bildirib.
Oğuz