Böyük Britaniyanın müdafiə naziri Ukraynadakı “Storm Shadow” raketlərinin işini yüksək qiymətləndirib.
Ednews xəbər verir ki, Ben Volles raketlərin dəqiqliyini xüsusi vurğulayıb:
"Mənim bildiyimə görə, onların dəqiqliyi və ukraynalılar tərəfindən nəzərdə tutulduğu kimi hədəfi effektiv şəkildə vurmaq bacarığı demək olar ki, qüsursuzdur".
Qeyd edək ki, bu raketlər 250 kilometrdən çox məsafədəki hədəfləri vura bilir və onların buraxılışı aviasiyanın köməyi ilə həyata keçirilir.