Nadir 30 kiloqramlıq balıq balıqçılara 6700 dollar qazandırdı
Hindistanda balıqçılar ən nadir balığı tutaraq böyük məbləğə satıblar.
Ednews-un verdiyi məlumata görə, bu barədə Sanqbad Pratidin məlumat verib.
Belə ki, balıqçılar Qərbi Benqaliyanın Digha şəhərində yerli əhalinin Telia Bhola adlandırdığı Benqal körfəzinin sularında 30 kiloqramlıq balıq tutub. Bu balıq dəniz canlılarının nadir yarımnövlərindən biridir və ənənəvi şərq təbabətində yüksək qiymətləndirilir.
Gözlənilməz ov balıqçıları zənginləşdirib, onlar trafeylərini Telia Bhola Dighadakı hərracda 555 000 rupiyə (təxmini, 6700 dollar) satıblar. Alıcı Premananda Varman adlı iş adamı olub.
“Bu balıqdan narkotik qabların hazırlanmasında istifadə olunur və xarici bazarlarda ona tələbat böyükdür. Ancaq belə böyük balıq həmişə tutulmur”,- deyə, balıqçılardan biri qeyd edib.
Nurlana