Keniyada “aclıq təriqatı” istintaqı çərçivəsində tapılan cəsədlərin sayının 372-yə yüksəldiyi bildirilib.
Ednews xarci KİV-ə istinadən xəbər verir ki, bölgə komissarı dəfnin axtarışı zamanı yeni meyidlər tapdıqlarını açıqlayıb. Tapılan meyidlərin 372-yə yüksəldiyi barədə məlumatı paylaşan komissar aprel ayından bu yana 95 nəfərin təriqətdən xilas edildiyini qeyd edib.
Qeyd edək ki, təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib.
Aynurə ismayıl