2023 Dünya Ərzaq Mükafatı Laureatçısı Haydi Kühn canlı yayımda Azərbaycandakı mina problemlərindən DANIŞDI

Dünya 14:55 20.07.2023
Dağıdıcı münaqişədən sonra əkin sahələrini, ərzaq təhlükəsizliyini və ərzaq təminatını ayağa qaldırmağa çalışan fermer mərkəzli inkişaf modelinə görə 2023-cü il Dünya Ərzaq Mükafatına layiq görülən Haydi Kühn Emmy mükafatçısı, televiziya jurnalisti Cheryl Jenningsin canlı efirində müsahibə verib.
 
Ednews xəbər verir ki, “Laureatla canlı yayım” verlişində Kühn 1997-ci ildə müharibədən sonrakı zərərvericiləri təmizləyərək onu milyonlarla üzüm və meyvə ağaclarına çevirməkklə torpaqları kənd təsərrüfatında istifadəyə qaytarmaq üçün təsis etdiyi “Sülhün Kökləri” qeyri-kommersiya təşkilatının gördüyü iş və layihələri müzakirə edib.
 
 
Kühn və “Sülhün Kökləri” 25 il əvvəl Xorvatiyadakı minaların təmizlənməsi və üzüm və meyvə bağlarının yenidən salınmasına görə vəsait toplamaq üçün doğma Kaliforniya ştatındakı şərab zavodları ilə əməkdaşlıq edərək kənd təsərrüfatı vasitəsilə sülh qurmağa başlayıblar. O, Əfqanıstan və Vyetnamda və Azərbaycanda hazırkı layihələr də daxil olmaqla, doqquz ölkədə çalışıb və Ukraynada layihəyə başlamaq üzrə araşdırmalar aparır.
 
Heidi Kühn Azərbaycanda gördüyü işlərdən və layihələrdən də bəhs edib:
 
"Keçən ay Azərbaycanda mən altı tank əleyhinə minanı partlatdım. Bu partlayışın səsi bir anlıq sevincli, sonra isə çox acı-şirinli bir kədər idi. Torpağın altında gizlənən, bir uşağın, gözəl fermerin günahsız addımlarını şirnikləndirərək özünə cəlb edən daha milyonlarla mina olduğunu anlayanda insan çox xoşagəlməz duyğular keçirir. İnsan analayanda ki, minalar ayrı-seçkilik etmir, heç bir bayraq, tanımır,  heç bir rəng daşımır, o zaman çox xoşagəlməz, acı, ağrıverici hisslər yaşayır.”
 
Kühn minaya düşərək xəsarət alan Xəzər Babaşovu ziyarətindən də danışıb:
 
“Mən 34 yaşlı Xəzər adlı gənci uzandığı yatağının yanında ziyarət etdim. O, aprelin 26-da ən yaxşı şərabların yetişdirildiyi gözəl üzümlük sahələri olan Qarabağda bilmədən addımlayıb. Qarabağın mənası “qara bağ” deməkdir, bu da zərif qara süfrə üzümləri deməkdir, amma bu, son on ildə bir milyon minanın qoyulduğu qara bağdır. Mən bütün mədəniyyətlər arasında, mədəniyyətə hörməti əsas tutaraq "Minaları Üzümlüklərə", "Qanı şəraba", "Tarlaları üzüm bağlarına"  çevirməyə hər zaman sadiqəm. Çünki keçən ay mənim çiynimdə dayanıb, amansızcasına basdırılmış minaya görə ailəsinin bir üzvünü, dünyaya gətirdiyi o qiymətli övladı üçün çiynim üzərindən bir ana ağlayırdı. Ona görə də mən bir ana kimi bu yer üzündən minaları məhv etmək üçün həyatımboyu atdığım addımlarıma dərindən sadiqəm”.
 
2023 Dünya Ərzaq Mükafatı Laureatı Xanım Kühn gənc nəsillərə də mesaj ötürdü:
 
 
"Bu gün gənclər  özlərinə məxsus bir müharibədən keçiblər; onlar COVID-19 ilə ən ağır dövrlərdən birini yaşadılar, lakin onlar müharibələrin başladığını görürlər, lakin laqeydlik hissindən çox, kənd təsərrüfatı vasitəsilə uşaqları və gələcək nəsilləri sülhlə qidalandırmaq üçün dünyanı qida ilə təmin etmək fürsəti var. Kənd təsərrüfatı üzrə Nobel Sülh Mükafatını təsis edən Norman Borlaugun sözlərindən istifadə edək, gəlin gənclər ordusu gətirək. Mənim vaxtımda bu, Sülh Korpusu adlanırdı. Gəlin buna Sülh Korpusunun kökləri deyək və ümid edirəm ki, biz bu işdən ayrılana qədər sizinlə bir çox mina tarlalarında gəzəcəyik, çünki mən o meyvələri dadmaq istəyirəm. Müxtəlif mədəniyyətlər uğrunda, mən sizinlə birlikdə Yer üzündə Sülh Köklərini əkməyi səbirsizliklə gözləyirəm”.
 
Qeyd edək ki, bu ilin 9-12 may tarixlərində minaların təmizlənməsi və müharibəyə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycana ikinci səfəri baş tutub.
 
Xanım Kühn səfəri zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub. Səfərin məqsədi isə mövcud mina probleminin miqyası, bu problemin Böyük Qayıdışa və regionda sabitlik, davamlı sülhə yaratdığı maneələrin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, “Minalardan üzümlüklərə” devizi altında minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək göstərmək idi. Təşkilatın rəhbərinin səfər zamanı Beynəlxalq Analar Günü öncəsi azərbaycanlı analarla birlikdə mina problemi ilə bağlı dünya qadınlarına qlobal müraciət də olub.
 
“Sülhün Kökləri”nin rəhbəri bundan öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə keçən ilin 1-5 mart tarixlərində Azərbaycanda rəsmi-işgüzar səfərdə olub. Azərbaycanda səfərdə olarkən “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının rəhbəri Heidi Kühn “Dünya Ərzaq Mükafatı” laureatının qalibi olub.
 
Ednews "Canlı yayımı" təqdim edir:
 
Ülviyyə Şahin

 


BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Hamısı