Bəşəriyyət tarixinin arzularından biri olan uçan avtomobillər yolunda daha bir konkret addım atılıb. 6 sərnişin tutumuna malik olan yuxarıda adıçəkilən uçan taksilərə artıq 3 min sifariş qəbul edilib.
Ednews BBC-yə istinadən xəbər verir ki, Braziliyanın təyyarə istehsalçısı Embraer “uçan taksi” layihəsi üçün düyməni basıb. Şirkət Sao Paulo şəhəri yaxınlığında elektriklə uçan taksilərin istehsalı üçün fabrik tikəcəyini açıqlayıb.
Qeyd edək ki hər bir sərnişin adambaşına 50-100 dollar ödəyəcəyi nəzərdə tutulur.
Aynurə İsmayıl