İsveç polisi Quranın yandırılması ilə yeni aksiyaya icazə verib.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, aksiya avqustun 3-də Stokholmda baş tutacaq.
Məlumata görə, adı açıqlanmayan qadın aksiyanı təşkil etməkdə məqsədinin Quranın bir çox insanın həyatına son qoyması olduğunu bildirib.
Qeyd edək ki, iyunun sonunda İsveç polisi müsəlmanların Qurban bayramının ilk günündə Stokholmun əsas məscidində Quranın yandırılması ilə etiraz aksiyasına da icazə vermişdi.