Sosial şəbəkələrdə Krımda hava hücumundan müdafiə sistemlərinin işini əks etdirən kadrlar yayılıb.
Ednews xəbər verir ki, video Shot Telegram kanalında dərc edilib.
Kadrlarda səmada uçan mərminin Krımda pilotsuz təyyarəni məhv etmək üçün hava hücumundan müdafiə sistemi tərəfindən atıldığı görünür. Kanalın müəllifləri videonun Feodosiyada çəkildiyini qeyd ediblər.
Avqustun 4-də səhər Feodosiya sakinləri şəhərdə güclü partlayış səslərinin eşidildiyini bildiriblər. Daha sonra Krım rəhbərinin müşaviri Oleq Kryuçkov Krımın bir neçə bölgəsində hava hücumundan müdafiə sistemlərinin işləməsi faktını təsdiqləyib və bütün obyektlərin vurulduğunu bildirib. Heç kim xəsarət almayıb, dağıntı qeydə alınmayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, yarımadaya 13 pilotsuz uçuş aparatı hücum edib - onlardan 10-u hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, daha 3-ü radioelektron döyüş vasitəsi ilə məhv edilib.
Hadisə terror aktı adlandırılıb.
Nurlana