Venesuela Prezidenti Nikolas Maduro Donald Trampı ona sui-qəsddə iştirakda ittiham edib. Madura 2018-ci ildə ona qarşı sui-qəsdin təşkilində ABŞ-nin həmin dövrdəki Prezidenti Donald Trampın şəxsən iştirak etdiyini bildirib.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, Maduro bu barədə ölkənin Milli qvardiyasının 86-cı ildönümü ilə bağlı keçirilən tədbirdə danışıb. Onun sözlərinə görə, ABŞ administrasiyası sui-qəsdin törədilməsini Kolumbiya rəhbərliyinə tapşırıb. O bu hadisənin əsas təşkilatçılarından biri olaraq Venesuela parlamentinin keçmiş deputatı Xulio Borxesi qeyd edib.
Daha sonra o qeyd edib ki, “Kolumbiyanın keçmiş lideri Xuan Manuel Santos hakimiyyətdə olduğu son günlərdə terror qruplaşmasının hazırlanmasını maliyyələşdirib və sui-qəsddən bir neçə gün əvvəl Venesuelada gözlənilən çöküş rejim elan edib.
Maduronun sözlərinə görə, dronların istifadəsi ilə prezidentə sui-qəsd tarixdə ilk hadisə olub. İstintaq hücumu törədənlərin tutulmasına gətirib çıxarıb, sonra onlar həbsə məhkum ediliblər.
Qeyd edək ki, N.Maduroya qarşı sui-qəsd cəhdi 2018-ci il avqustu 4-ü baş verib. Belə ki, parad zamanı partlayıcı qurğu ilə təchiz edilən 2 pilotsuz uçuş aparatı Maduroya tərəf uçmağa cəhd edib. Prezident mühafizəsinə daxil olan snayperlər dronları vaxtında zərərsizləşdirə bilib.
Hadisə ilə bağlı 17 nəfər mühakimə edilib.