Kaliforniyada yanğınsöndürən vertolyotlar toqquşub, ölənlər var.
Ednews xarici KIV-ə istinadən xəbər verir ki, Kaliforniyanın cənubunda yanğınla mübarizə aparan iki helikopterin toqquşması nəticəsində 3 nəfər həlak olub.
"Yanğınla mübarizə aparan zaman iki helikopter toqquşub. Birinci helikopter hadisə yerinə təhlükəsiz eniş etməyi bacarıb. Təəssüf ki, ikinci helikopter qəzaya uğrayıb və nəticədə hər üç ekipaj üzvü həlak olub", deyə Cənubi Kaliforniya Yanğınsöndürmə İdarəsinin rəisi Devid Fulçer bildirib.
Onun sözlərinə görə, ekipajın tərkibinə iki yanğınsöndürən və bir pilot daxildir.
Məlumata görə, Kaliforniyanın cənubundakı Pipeline Road yaxınlığında meşə yanğınını söndürmək üçün helikopterlər cəlb edilib.