Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Ednews xəbər verir ki, bu barədə Ukrayna və Belarus teleqram kanalları yazıb. PUA Karamışev körpüsünün yaxınlığına düşüb.
Faktı Moskvanın meri Serqey Sobyanin təsdiqləyib.
O bildirib ki, PUA hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.