Ukraynanın hərbi komandası Rusiya tərəfindən basdırılan minalarını tapmaq üçün termal kameralardan istifadə etməyə başlayıb.
Ednews xəbər verir ki, CNN telekanalı Ukrayna hərbi komandasının döyüş meydanının minalardan təmizləmə anını anbaan lentə alıb. Belə ki, istidə, qızmar günəş altında qızan minalar dərhal xüsusi kameralar tərəfindən aşkar edilir.
“Onların pilotsuz təyyarələrindən biri sözügedən termal kamera ilə təchiz olunub və onlar rusların yeni bir mina basdırdıqlarını, təxminən 4 km aralıda geniş yaradılmış sahələrdə görə bilirlər. Həmin kameralardan görünən ağ nöqtələrdən bəziləri Rus ordusunun basdırdığı minalarıdır. Minaları görə bilən kameralar dəqiq bir elm sayəsində ərsəyə gəlməsə də “görünməz” düşməni görməkdə Ukrayna əsgərləri üçün böyük köməkdir.”