Norveç də Ukraynaya F-16 qırıcılarını göndərəcəyinə söz verib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Norveçin TV2 telekanalı bir neçə müstəqil mənbəyə istinadən yayıb.
Məlumat təsdiqlənərsə, Norveç Danimarka və Niderlanddan sonra F-16 qırıcılarını Ukraynaya təhvil verməyə hazır olduğunu bildirən üçüncü ölkə olacaq.
Hazırda transfer edilən təyyarələrin sayı və bunun nə qədər vaxt aparacağı barədə məlumat açıqlanmır.