Ukraynanın müstəqillik günündə Türkiyənin "Baykar Makina" şirkəti bir "Bayraktar TV2" zərbə PUA-sını Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə hədiyyə verib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı İdarənin mətbuat xidməti yayıb.
“Bu çətin anlarda Ukraynaya kömək edən dostlarımıza və tərəfdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk. Bayram üçün ən gözəl hədiyyə düşməni məhv etməyə, azadlığımızı və müstəqilliyimizi qorumağa kömək edəcək yeni silahdır”, deyə Baş Kəşfiyyat İdarəsi qeyd edib.