Dünyanın ən böyük ABŞ təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford” Türkiyəyə gəlib.
Ednews xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Bildirilib ki, “Gerald R. Ford”un göyərtəsində 4500 ekipaj üzvü var. Təyyarə gəmisini ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk və “Baykar”ın direktoru Səlcuq Bayraqdar ziyarət edib.