İslamabad məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanın cəzasını ləğv edib və onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.
Ednews “Al Jazeera“ya istinadən xəbər verir ki, Pakistan məhkəməsi keçmiş baş nazirin korrupsiya cəzasını dayandırıb.
Qeyd edək ki, bu ilin iyun ayında Pakistanın sabiq Baş naziri İmran Xan barəsində məhkəmə tərəfindən 3 il həbs cəzası qərarı qəbul edilib.
Xatırladaq ki, İmran Xan cari il mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Daha sonra isə 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.