Dünən verdiyi açıqlamada Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Berlin hökumətinin bundan sonra İtaliyadan gələn mühacirləri qəbul etməyəcəyini açıqlayıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Britaniya mətbuatı Almaniyanın qərarını Avropa Birliyinə böyük zərbə kimi şərh edib.
Almaniya mühacir axınına qarşı aciz qalan Avropa Birliyi ilə həmrəylik nümayiş etdirmək təklifi ilə çıxış edib və 3500 immiqrantı ölkələrinə qəbul edərək könüllü yardım sözü verib.
İyun ayında başlayan plan çərçivəsində indiyədək Almaniyaya 1700-dən çox immiqrant qəbul edilib.
Ancaq İtaliyanın 'Dublin razılaşması' çərçivəsində Almaniyadan geri göndərilən immiqrantları qəbul etməyi dayandırması Berlin hökumətini qəzəbləndirib.
Xəyal Ramiz