Cənubi Koreyada gün ərzində 306 sms göndərən və qızına 111 dəfə zəng edən anaya 6 ay həbs cəzası verilib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın Daejeon şəhərində qızına təxminən bir il ərzində həm sözlü, həm də fiziki təzyiq göstərən ana şikayət əsasında məhkəmə qarşısına çıxıb.
Daejeon Rayon Məhkəməsinin məlumatına görə, ana polisin xəbərdarlıqlarına baxmayaraq, daha altı dəfə sərhədi pozub.
Məhkəməyə çıxarılan anaya həbs cəzası ilə yanaşı 40 saatlıq maarifləndirci kurs da kəsilib.
Qeyd edək ki, hərəkətlərinin qəsdən və ya əvvəlcədən planlaşdırılmadığını iddia edən ananın müdafiəsi qəbul edilməyib.
Oğuz