Polşa Ukraynaya silah verməyəcəyini açıqlayıb.
Ednews "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moraveçkiy ötən gün ölkə televiziyasında çıxışı zamanı bildirib.
"Artıq Ukraynaya silah ötürmürük, çünki biz indi Polşanı daha müasir silahlarla təmin etməyə başlamışıq", - deyə o, deyib.
Qeyd edək ki, o bu addımın Ukraynanın təhlükəsizliyinə təhlükə yaratmayacağında israr edib.
Xatırladaq ki, son günlərdə "Taxıl Sazişi" fonunda iki ölkə arasında münasibətlər gərgin vəziyyətdədir.
Əkbər