“Google” şirkətində çalışan türkiyəli komputer mühəndisi Ülkü Rou iş yerini məhkəməyə verib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, türkiyəli mühəndis iş yerində cinsi ayrı-seçkiliyə məruz qaldığını bildirib. Çalışdığı şirkətin kişi işçilərinə daha çox maaş verdiyini və bu vəziyyətin qadın işçilərə mənfi təsir etdiyini bildirən Rou, karyera yüksəlişinin də qarşısının alındığını iddia edib.
6 ildən artıqdır ki, şirkətin informasiya platformasında menecer vəzifəsində çalışan mühəndis, cinsi ayrı-seçkilik səbəbilə şirkətə qarşı iddia qaldırıb. O, iddia edib ki, qadınlar eyni dərəcədə bacarıqlı və ya daha az ixtisaslı kişi həmkarlarından daha aşağı vəzifələrdə və maaşlarda işləyirlər.
Təcrübəli menecer bildirib ki, "Google" bu vəziyyətə qarşı tədbir görərək, yüksəlmə imkanlarının qarşısını alıb, hətta vəzifəsini aşağı salıb.
Rou həmçinin deyir ki, bir rəhbər onu görüşlərdən, e-poçt siyahılarından və kişi iş yoldaşlarının iştirak etdiyi saytdan kənar tədbirlərdən uzaqlaşdırıb.
Oğuz