Türkiyənin Kütahya şəhərində ayı məftil hasardan keçərək uşaq meydançasına daxil olub. Ayının qaçdığını görən gənclər təşvişə düşüb və sürətlə parkdan qaçıblar.
Ednews türk mediasına istinadən xəbər verir ki, bir müddət parkda dolaşan ayı hasarın üstündən keçərək xilas olub.
Rayon Bələdiyyə Başçısı Sahvet Ertürk vətəndaşlara hava qaraldıqdan sonra boş yerlərdə dolaşmağa qarşı xəbərdarlıq edib.
Oğuz