Dünya futbolunun ən ikonik adlarından biri olan Erik Kantona Fələstinə verdiyi dəstəklə bütün dünyada gündəm olub.
Ednews xəbər verir ki, Erik Kantona sosial media hesabında bu sətirləri paylaşıb:
“Fələstinlilərin insan hüquqlarını müdafiə etmək sizin Həmas tərəfdarı olduğunuz anlamına gəlmir.
Azad Fələstin dünyanın ən böyük açıq hava həbsxanasında yarısı uşaq olmaqla 2,3 milyon fələstinlinin qəfəsə son qoyulması deməkdir.
Azad Fələstin İsrail hökumətinin tətbiq etdiyi ayrı-seçkiliyə son qoyulması deməkdir.
“Azad fələstinlilərə öz torpaqlarında əsas infrastruktura nəzarət etmək deməkdir”.
Oğuz