Böyük Britaniyanın baş naziri Rişi Sunak Yaxın Şərq səfərləri çərçivəsində İsrailə, oradan da Səudiyyə Ərəbistanına gedib.
Ednews "BBC"-ə istinadən xəbər verir ki, səfər zamanı Sunak İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. İki lider Qüdsdə birgə mətbuat konfransında kameralar qarşısına keçib.
Sunak Böyük Britaniyanın İsraili dəstəklədiyini təkrar edərək, HƏMAS-a qarşı apardığı "uzun müharibədə" İsrailə verdikləri dəstəkdən "qürur duyduğunu" bildirib.
Qeyd edək ki, Sunak Netanyahu ilə görüşdən əvvəl İsrail prezidenti İsaak Hersoqla da görüşüb.
Əkbər