Tesla ABŞ-da təhlükəli olduğu üçün qadağan edilmiş uşaq ATV-ni digər bazarlarda təqdim etməyə davam edir.
Ednews DH nəşrinə istinadən xəbər verir ki, şirkət Avropada satış üçün Cybertruck dizaynından ilhamlanaraq uşaqlar üçün Cyberquad-ı təqdim etdi.
Tesla Avropa bazarında futuristik Cybertruck elektrik pikapının dizaynından ilhamlanan dörd təkərli motosikletini satmağa başlayıb. Ancaq maraqlısı odur ki, uşaqlar üçün nəzərdə tutulmuş bu ATV təhlükəli olduğu səbəbilə ABŞ-da qadağan edilib .
Uşaqlar üçün Cyberquad adlı avtomobil ABŞ-da 2021-ci ildə satışa çıxarılıb. Əslində, 5000 ədədlik ilk partiya çox populyar idi və qısa müddətdə satıldı. Lakin sonradan ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyasının qərarı ilə məhsul satışdan çıxarılıb .Uşaqlar üçün Cyberquad səkkiz yaşlı uşağın iştirakı ilə baş verən qəzaya görə qadağan edildi . İstintaq belə nəticəyə gəldi ki, mexaniki asma və təkər təzyiqi kimi tələblər uşaq daşıyan avtomobil üçün kifayət deyil. Bu səbəbdən ATV geri çağırılıb və satışı dayandırılıb.
Xəyal Ramiz