İspaniya Ukraynadan oğurlandığı təsbit edilən 60 milyon avro dəyərində qızıl tarixi əsərlərin ələ keçirildiyini açıqlayıb.
Ednews euronews nəşrinə istinadən xəbər verir ki, boyunbağı, bilərzik və sırğa kimi 11 zərgərlik məmulatından ibarət olan əsərlərin eramızdan əvvəl 8-4-cü əsrlər arasında Yunan-İskit dövrünə aid olduğu bildirilib.
Madrid Milli Polisi muzeyin adını çəkmədən verdiyi açıqlamada, əşyaların 2009-2013-cü illər arasında Kiyevdəki bir muzeydə sərgiləndiyini və Ukrayna-Rusiya müharibəsində qaçaqmalçılıq yolu ilə gətirildiyini deyilib.
Açıqlamada əsərlərin Ukrayna Pravoslav Kilsəsinə aid olduğunu göstərmək üçün hazırlanmış saxta sənədlərin olduğu qeyd edilib.
Xəyal Ramiz