ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlayıb ki, Vaşinqton Moskvanın "əmrləri yerinə yetirməkdən imtina edən əsgərləri edam etdiyi" barədə məlumat alıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Kirbi mətbuat brifinqində daha sonra deyib: “Bizdə də məlumat var ki, Rusiya komandirləri Ukraynanın artilleriya atəşindən geri çəkilmək istəsələr, bütün bölmələri edam edəcəkləri ilə hədələyirlər”.
ABŞ rəsmisi belə hərəkətlərin “anlaşılmaz” və “barbarlıq” olduğunu qeyd edib. O, əlavə edib ki, bu, “Rusiyanın hərbi rəhbərlərinin nə qədər zəif bildiklərini” göstərir.
Ülviyyə Şahin