Türkiyənin Kastamonu əyalətində zibil setkalarına bükülü halda zibilliyə atılmış körpə tapılıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, zibil atmaq istəyən bir sakin qablardan uşaq səsinin gəldiyini eşidib. Zibil qutusuna yaxınlaşan vətəndaş konteynerin içində polietilenə bükülü halda olan körpəni görüb.
Sakinlər bu barədə polisə məlumat veriblər. İlkin müayinədən sonra uşağın hələ 1 saat öncə dünyaya gəldiyi məlum olub. Həkimlər bildirib ki, oğlan uşağı olan körpənin göbək bağlı hələ yeni kəsilib.
Polis körpənin kimlər tərəfindən atıldığını araşdırır.
Oğuz