Tunis parlamenti İsraillə münasibətlərin normallaşdırılmasının cinayət və dövlətə xəyanət olduğunu, ömürlük həbslə cəzalandırılacağını bildirən qanun layihəsini müzakirə edirdi.
Ednews xəbər verir ki, Tunis prezidenti Kays Səid isə bu təklifin ölkənin təhlükəsizliyinə təhlükə yarada və xarici siyasət maraqlarına zərər verə biləcəyini bildirərək sessiyanı yekunlaşdırıb.
Kays Səid daha əvvəl prezident Ərdoğana "Biz müstəqil ölkəyik, fərman alan bir Osmanlı vilayəti deyilik. O dövrə bir daha qayıtmayacağıq" demişdi.
Qeyd edək ki, 1881-ci ildə Fransa Osmanlı İmperyasının zəifliyindən istifadə edərək və bəzi sərhəd hadisələrini bəhanə edərək Tunisi işğal etdi . Tunis bəyi 12 may 1881-ci ildə Bardo müqaviləsini imzalayaraq Fransanın himayəsini qəbul edib.
Xəyal Ramiz