Türkiyədə Vanın Başkale rayonunda bir əsgər şəhid olub.
Ednews xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbi maşın keçərkən terror təşkilatı üzvlərinin yerləşdirdiyi əl istehsalı bomba partlayıb. Hadisə nəticəsində müddətdən artıq hərbi qulluqçu Samet Bektaş ağır yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.