Avstraliyanın ikinci ən böyük telekommunikasiya şirkəti olan Optus-da 10 milyondan çox istifadəçiyə təsir edən internet və şəbəkə kəsilməsi baş verdi.
Ednews ABC News-un məlumatına istinadən xəbər verir ki, Optus-un baş direktoru Kelly Bayer Rosmarin kəsilmənin yerli vaxtla saat 04:00-da başladığını açıqlayıb.
İstifadəçilər Optus-u kəsinti barədə onlara məlumat vermədiyi üçün tənqid edərkən, Rosmarin kəsilmədən bir neçə saat sonra verdiyi açıqlamada qrupların problem üzərində işlədiyini, internet və şəbəkə xidmətlərinin düzəldilməyə başladığını bildirdi.
Kiberhücumun kəsintiyə səbəb olması isə əsas məsələdir. Nəqliyyat və ödəniş sistemlərində nasazlıqlar yaranıb.
Optus 2022-ci ildə 10 milyon müştərinin məlumatının hakerlər tərəfindən oğurlanması ilə gündəmə gəlib.
Xəyal Ramiz