Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında zəlzələ olub.
Ednews xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata əsasən, maqnitudası 5,4 və 4,1 olan iki zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar ətraf yaşayış məntəqələrində zəif hiss olunub.