“Biz Qəzzada uşaqlara bizimlə əməkdaşlıq etməyi öyrədən sivil hökumət istəyirik”.
Ednews Əl-Cəzirə telekanaalına istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu CNN telekanalına verdiyi müsahibə zamanı deyib.
Onun fikrincə, bu məsələdə Fələstinin yetərincə fəaliyyət göstərə bilməyib.
“Çünki Fələstin höküməti bunu bacarmadı”.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər.
Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis