Finlandiya hökuməti Ukraynaya təxminən 100 milyon avro dəyərində hərbi yardım paketi göndərir.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Finlandiya Ukraynaya kömək üçün daha çox hərbi texnika göndərəcək. Prezident hökumətin təklifi ilə 2023-cü il noyabrın 17-də bu məsələ ilə bağlı qərar qəbul edib. Bu, Ukraynaya 20-ci hərbi texnikanın çatdırılması olacaq”, - deyə məlumatda qeyd olunub.