İrəvan KTMT müttəfiqlərindən Ermənistana yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.
Ednews xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Mövzuya erməni politoloq Suren Surenyants münasibət bildirib:
“Biz xarici siyasətin vektorunu dəyişmirik, sadəcə şaxələndiririk... İdeal macəradır. Nikol Paşinyanın “yüngül əli” ilə Ermənistanın təhlükəsizliyini təmin etmək yükü bütün mənfi nəticələrlə birlikdə Rusiya və KTMT-nin üzərinə düşmür”.