Ərəb və islam ölkələrinin Pekində keçirilən görüşündə Qəzza zolağında atəşkəsin elan edilməsi və regiona humanitar yardımın həyata keçirilməsi barədə danışıqlar keçirilib.
Ednews Reuters-a istinadən bildirir ki, Qəzza şəhərinin yerlə-yeksan edilmiş infrastrukturu insanların şəhəri normal şəkildə tərk etməsinə icazə vermir.
Xəbərə görə, Çinli diplomat Vanq Yi qeyd edib ki, Qəzzada tezliklə mülki əhalinin öldürülməsinin dayandırmaq və şəhərə tez bir zamanda sanitar yardım göndərmək zəruridir.
Görüşdə həmçinin İsrailin özünü müdafiə etməsi əməliyyatları kəskin şəkildə qınanıb və hadisələrin müharibə qaydalarından kənar şəkildə cərəyan etdiyi açıqlanıb.
Fərid