Şimali Koreya ilk kəşfiyyat peykini daşıyan raket buraxıb.
Ednews xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar Yaponiyada J-Alert xəbərdarlıq sistemi işə salınıb və Okinavanın cənub prefekturasının sakinlərinə raket qalıqlarının düşməsi təhlükəsindən dolayı binalara və ya yerin altına sığınmaq tövsiyə edilib.
Qeyd edilir ki, Şimali Koreya əvvəllər Yaponiya Sahil Mühafizəsini noyabrın 22-dən dekabrın 1-dək süni peyk buraxmaq planları barədə xəbərdar etmişdi.