NATO-nun baş katibi Yens Stoltberg Macarıstan və Türkiyənin İsveçin ittifaqa qoşulmaq üçün razılıq verəcəyini gözlədiyini açıqlayıb.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, NATO rəhbərləri Ərdoğandan İsveç məsələsində müsbət cavab gözlədiyini bildirib.
Xəbərə görə, bu qərar artıq Türkiyə Böyük Millət Məclisinə daxil olub.
Stoltberq bildirib ki, İsveçin NATO-ya daxil olması təşkilat üçün olduqca vacibdir və bununla qurum daha güclü olacaq.