Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1992-ci ildən Somaliyə tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarına gəlib.
Ednews xəbər verir ki, Somaliyə silah embarqosunun ləğvi ilə bağlı qətnamə layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının iclasında səsə qoyulub. Qanun layihəsi yekdilliklə qəbul edilib.
31 İLDƏN SONRA SOMALİDƏN EMBAQOLAR QALDIRILIB....
"Bu qərarın əsas məqsədi Əl-Şəbab təhdidini azaltmaqdır" deyən qərarda, Əş-Şəbabın Somali və bölgənin təhlükəsizliyinə davam edən təhdidinin narahatlıqla qarşılandığı vurğulanıb.
Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osman səsvermədən sonra çıxışında bu qərarın Somalinin təhlükəsizlik təhdidləri ilə mübarizəsinə töhfə verəcəyini bildirib.BMT Təhlükəsizlik Şurası 1992-ci ildən ordunun silah, sursat və bomba hazırlama materiallarının Əl-Şəbabın əlinə keçməsinin qarşısını almaq üçün Somaliyə silah embarqosu qoyur.
Xəyal Ramiz