ABŞ tədqiqatçıları insan hüceyrələrindən kiçik canlı robotlar istehsal ediblər.
Ednews xarici KIV-ə istinadən xəbər verir ki, bunlar gələcəkdə öz-özünə insan bədənini gəzərək yaraları və ya zədələnmiş toxumaları sağalda bilər.
Harvard Universitetinin Wyss İnstitutu və Tufts Universitetindən bir qrup bu son dərəcə kiçik cihazlara antrobotlar adını verib.
Tədqiqat qrupu daha əvvəl Latın adı Xenopus laevis olan Afrika caynaqlı qurbağanın embrionlarından əldə edilən kök hüceyrələrdən kiçik robotlar hazırlayıb. Bunlara "ksenobotlar" da deyilirdi
Tədqiqatda müxtəlif yaş və cinsdən olan anonim donorların traxeyasından götürülmüş yetkin insan hüceyrələrindən istifadə edilib.
Tapıntılara görə, kiçik robotlar hələ də insan toxumalarının sağalma mexanizmini anlaya bilməyiblər. Bununla belə, onların neyronların zədələnƏN bölgələrində böyüməyi təşviq etdikləri görüldü.
Xəyal Ramiz