"Korrupsioner Ukrayna Aİ - yə qoşulmağa hazır deyil".
Ednews TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Macarıstan baş naziri Viktor Orban fransa jurnalına müsahibəsində deyib və ölkəni ən korrupsiyalaşmış ölkələrdən biri adlandırıb.
"Aİ Ukraynanın qoşulmasına iki səbəbə görə imkan verməməlidir: birincisi, ukraynalıların özləri üzvlüklə bağlı danışıqlara hazır deyillər, ikincisi, avropalılar “onları tamhüquqlu üzv kimi qəbul etməyə hazır deyillər. Həmçinin Ukrayna dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir".
Qeyd edək ki, cənab Orban Ukraynanın İttifaqa qoşulmasına qarşı çıxan sayılı şəxslərdən biridir.
Əkbər