Dünyanın ən böyük elektrikli avtomobil şirkətlərindən biri olan Tesla özünün Sybertruck modeli ilə ağıllarda bir çox suallar yaradıb.
Ednews Reuters-ə istinadən xəbəbr verir ki, bir neçə gün öncə satışa çıxarılan avtomobilin təhlükəsizliyinə şübhə ilə yanaşanlar onun sərt görünüşünə əsaslanıblar.
ABŞ-ın təhlükəsizlik ekspertləri elektromobilin formasının çox sərt olması və hər tərəfdən kəskin uclara sahib olmasını piyadalar üçün təhlükəli olduğunu bildiriblər.
Bu modelin qəza zamanı yaratdığı dağıntını hesablamaq üçün bir sıra eksperimentlər aparılıb və məlum olub ki, modelin səthinin gülləkeçirməz olması və kəskin forması digər avtomobillərə zərər vura bilər.
Fərid