Malayziyanın baş naziri Ənvər İbrahim bu gün bildirib ki, hökumət İsrail gəmiçilik şirkəti ZIM-ə Malayziya limanlarına girişi qadağan edib.
Ednews haber7-ə istinadən xəbər verir ki, Malayziyanın baş naziri Ənvər İbrahim fələstinlilərə qarşı “qəddarlıq” göstərildiyini əsas gətirərək, İsrail bayraqlı və İsrailə məxsus bütün gəmilərin limanlarında yanmalarının qadağan edildiyini açıqlayıb.
Ənvər verdiyi yazılı açıqlamada qadağanın İsrailin Fələstinə hücumları ilə bağlı mövqeyinə cavab olduğunu və dərhal qüvvəyə minəcəyini bildirib.
Xəyal Ramiz