Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusa Banqladeşdə 6 ay həbs cəzası verilib.
Ednews euronews-a istinadən xəbər verir ki, 83 yaşlı Yunus ölkənin əmək qanunlarını pozub.
Banqladeş məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu ölkənin əmək qanunlarını pozduğuna görə 6 ay həbs cəzasına məhkum edib.
İşin mərkəzində Yunusun qeyri-kommersiya təşkilatı kimi təsis etdiyi “Grameen Telecom” dayanır.
Yoxsul insanlara kömək etmək üçün mikrokreditdən istifadəyə öncülük edən Yunus məhkəmədə iştirak edib və zaminə buraxılıb.
Xəyal Ramiz