Braziliyalı futbolçu və məşqçi Mario Zaqallo vəfat edib.
Ednews xəbər verir ki, 93 yaşlı Zaqallonun vəfat xəbəri barədə onun sosial media hesabında paylaşım edilib.
Ölümün səbəbləri barədə məlumat verilməyib.
Zaqallo Braziliya millisinin hücumçusu və məşqçisi kimi dörd dəfə dünya çempionu olub.